“Braqa”dan Türkiyə klubuna
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi kolumbiyalı sol cinah müdafiəçisi Kristian Borxanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alanya təmsilçisi 28 yaşlı futbolçunu Portuqaliyanın “Braqa” klubundan mövsümün sonuna kimi icarəyə götürüb. Müdafiəçi yeni komandasında “31” nömrəli formanı geyinəcək.
Borxa “Braqa”ya bu ilin əvvəlində “Sportinq”dən transfer olunub. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 22 oyunda 1 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin