Mərakeşli futbolçu “Real”da qalmağa qərar verib
“Real”ın hücumameyilli yarımmüdafiəçisi Brahim Dias gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Mərakeş millisinin üzvü növbəti mövsümdə də “kral klubu”nda çıxış etməyə qərar verib. Dias ötən illə müqayisədə, növbəti mövsümdə “Real”da daha çox oyun keçirəcəyinə əmindir.
24 yaşlı futbolçuya İngiltərə, İtaliya və Səudiyyə Ərəbistanından cəlbedici təkliflər var. Onun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin