“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusundan uğursuz start
Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə uğursuz çıxış ediblər.
Komanda.az xəbər verir ki, mübarizəyə qoşulan 3 idmançıdan heç biri medal qazana bilməyib.
Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) startda türkiyəli rəqiblərinə məğlub olublar. Yusifov 1/16 finalda Salih Yıldıza, Paşayev isə 1/32 finalda Muhammed Dəmirələ yenilib.
Rəşad Yelkiyev (66 kq) cəmi bir mərhələ adlaya bilib. O, Baibol Salamat Uuludan (Qırğızıstan) güclü olsa da, 1/16 finalda Obid Dzebova (Tacikistan) məğlub olub.
Martın 30-da Azərbaycan millisinin heyətində Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq) və Ömər Rəcəbli (81 kq) mübarizə aparacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin