“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusundan gümüş medal
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Adil Osmanova uduzub.
Digər cüdoçularımızdan Vüsal Qələndərzadə ilk görüşdə Keysey Nakanoya (Filippin) qalib gəlsə də, sonra Kiprianos Andreuya (Kipr) məğlub olub. Ömər Rəcəbli (81 kq) isə startda Joao Fernandoya (Portuqaliya) uduzub.
Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin