“Böyük Dəbilqə”də daha 3 medal
Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş medal qazanıblar.
Komanda.az xəbər verir ki, Hidayət Heydərov və Zelim Tçkayev birinci, Ömər Rəcəbli isə ikinci yeri tutub.
73 kq çəkidə bütün rəqiblərindən güclü olan Hidayət Heydərov finalda Abubakr Şeronu (Tacikistan) da üstələyərək, növbəti dəfə “Böyük Dəbilqə”nin qalibi olub.
81 kq çəkidə isə Azərbaycan finalı baş tutub. Həlledici görüşdə komanda yoldaşı Ömər Rəcəbliyə qalib gələn Zelim Tçkayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ö.Rəcəbli isə gümüş mükafata yiyələnib.
Digər cüdoçu Rəşid Məmmədəliyev (73 kq) bürünc medal uğrunda dueldə Artur Marqelidona (Kanada) uduzub.
İlk gündə Azərbaycan cüdoçuları Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
Bizi Facebook-da izləyin