“Böyük bir komandada üç Kərim olsaydı…” – Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyo “Real”ın hücumçusu Kərim Benzemanın “qızıl top”u almasına münasibət bildirib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Benzemanın baş məşqçisi olarkən ona sərt davrandığını deyib:
“Kərimin böyük şəxsiyyəti var. “Qızıl top” onun peşəkar inkişafının təbii nəticəsidir. Benzemanın baş məşqçisi olduğum zaman o, özünü axtaran istedadlı futbolçu idi. Onun həmişə iddiaları olub. Mən onun mümkün qədər tez böyüməsini istəyirdim və ona sərt davranırdım. Mən ona bütün çatışmazlıqlarını düzəltməyə kömək etdim. Onun inkişafına təsir etdimmi, bilmirəm, bunu ancaq Kərim deyə bilər.
Benzema potensialının, fiziki və taktiki qabiliyyətlərinin zirvəsində olan fenomenal futbolçudur. Böyük bir komandada üç Kərim olsaydı, hamısı oynayardı: biri qol vurardı, digəri komandanın lideri olardı, üçüncüsü isə sol cinahda oynayardı”.
Benzema 2010-2013-cü illərdə Mourinyonun rəhbərliyi altında “Real”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin