“Borussiya”da yeni müqavilə
Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Antonios Papadopulosla müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2024-cü ilin yayına kimi “Borussiya”nın uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayına kimi idi.
Papadopulos “Borussiya”ya 2021-ci ilin iyulunda “Halleşer” klubundan gəlib. Dayaq yarımmüdafiəçisi daha öncə Almaniyada “Aalen” klubunun da formasını geyinib. O, Dortmund təmsilçisinin əsas komandasında cəmi 2 matça çıxıb. Əslən Yunanıstandan olan futbolçu Almaniyada dünyaya göz açdığı üçün bu ölkənin vətəndaşlığını daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin