“Borussiya”da Haland şoku
“Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Haland zədələnib.
Komanda.az xəbər verir ki, norveçli hücumçu Bundesliqasının 24-cü turunun “Bavariya” ilə matçında sıradan çıxıb.
Haland, qarşılaşmanın 62-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. 20 yaşlı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
“Bavariya” – “Borussiya” matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb. Dortmund təmsilçisinin hər iki qolunu ilk hissədə Haland vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin