Bordin: “Sabah Tuladakı oyunun nəticəsini unudacağıq”

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Arsenal”la (Rusiya) cavab oyunundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Bordin jurnalistlərlə görüşdə bunları deyib:

  • İlk oyundan fərqli olaraq, daha çətin oyun olacaq. Sabahkı oyunda rəqib də dəyişiklik etməyə çalışacaq. “Arsenal” güclü komandadır, ilk oyunda da bunu nümayiş etdirdilər. Sona qədər mübarizə apardılar. Yenə də deyirəm, bizi çətin oyun gözləyir, diqqətli olmalıyıq. İlk dəqiqədən sona kimi oyuna köklənməliyik.
  • “Arsenal”ın turnirdə debüt etməsini nəzərə alsaq, “Neftçi”nin şansları yüksəkdirmi?
    -“Arsenal” güclü komandadır, bunu ilk oyunda da göstərdilər. Buraya gəzmək üçün gəlməyiblər. Çalışacaqlar ki, ilk oyunun nəticəsini dəyişsinlər. Cüzi də olsa, üstünlüyümüz var. Həm də sabahkı oyunu öz meydanımızda oynayacağıq. İstədiyimiz nəticəni əldə etmək üçün sona qədər mübarizə aparmalıyıq.
  • Sabahkı oyunda “Neftçi” “Arsenal”a hansısa süpriz etməyə hazırdırmı?
  • İlk oyundakı qələbə bizə bir az üstünlük verib. Hansısa sürprizin olacağını düşünmürəm. Qətiyyən ilk oyunun nəticəsini düşünüb, meydana çıxmaq olmaz. Sabah Tuladakı oyunun nəticəsini unudacağıq.
  • İlk oyunda Vangelis Platellas ehtiyatda qaldı. Sabah onu start heyətdə meydanda görə biləcəyikmi?
  • Bizim bu gün son məşqimiz olacaq. Bundan sonra heyəti müəyyənləşdirəcəyik. Məşqçi üçün ən vacib amillərdən biri odur ki, bütün yetirmələri əlinin altında olsun.
  • Baqali Dabo oyuna hazır olacaqmı?
  • Dabo hələ tam hazır deyil. Bərpa müddəti keçir. Hazır olan kimi ondan istifadə etməyə çalışacam.
  • “Neftçi” artıq neçənci dəfədir, “Arsenal” isə ilk dəfədir ki, Avropa Liqasında oynayır. Bu sizə üstünlük verirmi?
  • Hər zaman belə oyunlarda təcrübə vacibdir. “Arsenal” bu turnirdə ilk dəfə oynasa da, Rusiya Premyer Liqasında çıxış edir. Yaxşı oyunçuları, baş məşqçiləri var.
  • Rusiya çempionatında artıq 3 tur keçirilib. Bu, “Arsenal” üçün üstünlükdürmü?
  • Üstünlük ola da bilər, olmaya da. Baxır buna hansı cəhətdən baxırıq. Fiziki cəhətdən götürsək, bəli. Ancaq bir tərəfdən də baxsaq ki, bir həftədə bir neçə oyun keçiriblər, bu, üstünlük olmaya bilər. Bizim ötən oyundan bu oyuna vaxtımız çox olub. Bu, bizə üstünlük verə bilər. Sıx oyunlar baş məşqçini məcbur edir ki, heyətdə rotasiya etsin.
  • Səfər oyunundan əvvəl açıqlamanızda qələbə qazanacağınızı demişdiz, ancaq bu gün ehtiyatlı danışırsız. Rəqibin hansısa sürprizindən ehtiyatlanırsızmı?
  • İlk oyundan əvvəl belə açıqlama verməmişəm. Öz komandama və oyunçularıma inanıram.
  • Rəqib ilk dəqiqələrdən uzaqdan vurulan zərbələrə üstünlük verəcək. Bunu nəzərə alsaq, cavab olaraq, uzaqdan zərbə vurmaq üçün Rəhman Hacıyevi ilk dəqiqələrdən meydanda görə bilərikmi?
  • Bizim məqsədimiz sabahkı oyunda 1:0 hesabını qorumaq deyil. Öz oyunumuzu tətbiq edib, qələbə qazanmağa çalışacağıq. Çox cavab variantları var və biz, hər yola əl ata bilərik. Rəhman komandanın aparacı oyunçularındandır, lazım olanda onu meydana buraxa bilərəm. Uzaqdan yaxşı zərbələr vurur. Rəqibə komanda şəklində cavab verməyə çalışacağıq.
  • Bu gün “Qarabağ” Çempionlar Liqasında “Dandalk”la qarşılaşacaq. Bu oyunu canlı izləyəcəksizmi?
  • İlk oyunda yaxşı nəticə qazanıblar. Burda da çətin olacağına inanmıram. Onlara uğurlar arzulayıram. Biz, Azərbaycanı düşünməliyik. Hər uğurda Azərbaycanın adı yüksəlir. Bu gün komandayla birgə yığışacaq. Stadiona getməyəcəm, ancaq televiziyada izləyəcəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button