Bordin: “Səhvlərimiz oldu, rəqib də cəzalandırdı”
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- İlk dəqiqələrdən rəqibin müdafiə olunacağını gözləyirdik. Hətta müdafiə olunan 8-9 oyunçuya 2 hücumçu da qoşulurdu. Bütün komanda ilə müdafiə olundular. Hesab 0:2 olmamışdan əvvəl bizim təhlükəli vəziyyətlərimiz var idi. Ancaq buna baxmayaraq, komanda sonradan toparlandı və sona qədər mübarizə apardı. Müdafiədə boşluqlarımız var. Oyunçuların göstərdiyi xarakter məni qane etdi. Əzmkarlıq nümayiş etdirdilər. Çalışacağıq ki, bunu cavab oyununda da təkrarlayaq.
- Müdafiə olunan komandadan 2 qol buraxdığınız üçün tənqid olunmağı, yoxsa hesabı 2:2 etdiyiniz üçün təbrik edilməyi seçərdiz?
- Sizdən asılıdı, istəyirsiz tənqid edin, istəyirsiz təbrik edin. Səhvlərimiz oldu, rəqib də cəzalandırdı.
- Mustivar və Kanenin birlikdə oynamağı sizcə, daha yaxşı deyildimi. Platellasın oynamasının bu nəticəyə təsir etdiyini düşünürsüzmü?
- Oyunu düzgün qiymətləndirək. “Arsenal”a qarşı oyunla, bu oyun fərqlidi. Bu rəqibimiz ancaq müdafiə olunmaqla məşğul idi. Tula təmsilçisinin yarımmüdafiəsi güclü olduğu üçün Mustivar və Kaneyə şans verdim. Platellas isə daha yaradıcı oyunçudu. Namiq və Dabonu da meydana buraxmağımın səbəbi onların topla daha yaxşı oynamalarıdı.
- “Bney Yehuda”nı asanlıqla keçəcəyinizə dair fikrlərin futbolçu psixologiyasına təsir etdiyini düşünmürsüzmü?
- Rəqibə qarşı hazırlığımız həftəboyu olub. Biz yazılanlara, deyilənlərə fikir verməli deyilik. Hamının diqqəti bu oyuna idi. Müdafiədən hücum qurmaq istəyən zaman səhvlərə yol verdik.
- Bu səhvləri cavab oyununda aradan qaldırmağa imkanınız olacaqmı?
- Komanda qol vuranda o demək deyil ki, hücumçu vurur. Səhvlərimiz tək müdafiəçilərə görə olmadı. Bunların üzərində çalışacağıq. Rəqib komanda müdafiəyə çəkildiyi üçün çalışırdıq hücumu ortadan quraq.
- Etirazlarınız hakimə idi, yoxsa rəqibə?
- Aqressiv olduğumu düşünmürəm. Rəqibin oyunçuları ikinci hissə futbol oynamadı.
- Mbodj bu gün son dəqiqələrdə sırf hücumçu kimi çıxış etdi. Yenə qol vuracağına inanırdızmı?
- Mbodj uzun ötürmələrdə başla oynamağı yaxşı bacarır. Son dəqiqələrdə hücuma hündürlük əlavə etmək istədim.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin