Bordin: “İlk qoldan sonra üstünlük bizə keçdi”

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Arsenal”la (Rusiya) cavab oyunundan (3:0) sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Bordin jurnalistlərlə görüşdə bunları deyib:

  • Bizi çətin rəqibin gözlədiyini demişdim, bizə çətinlik yaratdılar. Əlbəttə, gözlənilirdi ki, ilk dəqiqələrdən önə atılacaq, risk edəcəklər. Baxmayaraq ki, rəqibin təzyiqi var idi, oyunçularım bunun öhdəsindən gələ bildilər. Rauf Əliyevin qolundan sonra oyunda üstünlük bizim tərəfimizə keçdi.
  • Emin Mahmudovun durumu nə yerdədir?
  • Həftəboyu Emində bir az problem var idi. Kifayət qədər məşq edə bilmirdi. İlk oyundan sonra yaranmışdı bu problem. Tək Emin deyil, digər oyunçular da var idi ki, çox enerji itirdilər. Sabah durumları ilə maraqlanacağıq.
  • Növbəti mərhələdəki rəqibiniz “Bney Yehuda” klubu haqda məlumatınız varmı?
  • Hazırda bu haqda bir şey deyə bilmərəm. İndi futbolçularımla qələbəni qeyd edəcəyik. “Bney Yehuda” haqda sabahdan məlumat toplamağa başlayacağıq.
  • Konfranslarda “Arsenal”a qarşı simpatiyanız olduğunu dediz. Rəqibin heyətində bəyəndiyiniz oyunçu oldumu?
  • Həm ilk, həm də bu oyunda göstərdilər ki, yaxşı oyunçuları var. Komandanın strukturu yaxşı qurulub. İlk oyunda onlara mərkəzdən hücum qurmağa imkan vermədik. Bu gün tamam fərqli oyun oldu.
  • “Forza Neftçi”ni İsraildə görsəz, təəccüblənməzsiz?
  • Azarkeşlər həmişə bizi dəstəkləyir. Onları İsraildə görmək də xoş olardı.
  • Avrokuboklarda ardıcıl 4 qələbə Azərbaycan futbol tarixində olmamışdı.
  • Bu gün çalışacağıq qələbəni qeyd edək. Tarixə düşdüyümüz üçün şadıq. Düşünülməli başqa şeylərimiz var.
  • Yeni transfer gözlənilirmi?
  • Hələ ki, bu haqda danışmaq tezdi. Transferlər haqda da fikir mübadiləsi aparılacaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button