Floyd Meyvezer rinqə qayıdır – aktyorla döyüşəcək

Boks üzrə beş ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer yenidən rinqə qayıdır.

Komanda.az xəbər verir ki, 44 yaşlı idmançı Pol Loqanla qarşılaşacaq. Xüsusi təşkil olunan döyüş iyunun 6-da, Mayamidəki “Hard Rock” stadionunun rinqində keçiriləcək.

Pol Loqan boksçu, videobloqer, şoumen və aktyordur.

Meyvezer sonuncu dəfə 2018-ci ildə yaponiyalı Tensin Nasukava ilə döyüşmüş və ilk raundda nokautla qələbə qazanmışdı. Floyd karyerası ərzində çıxdığı 50 döyüşü qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button