“Bizim üçün uğurlu mövsüm oldu” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Bizim üçün uğurlu mövsüm oldu. Maraqlı çempionat keçirdik. Bu gün qarşımızda çox istəkli komanda var idi. Sonadək mübarizə apardılar. Futbolçularımı təbrik edirəm.

Çətin, gərgin matç oldu. Rəqibi təbrik edirəm. Onlarda uğurlu mövsüm keçirdilər. Dinamik oyun göstərdilər. Təhlükəli vəziyyətləri çox oldu.

Maksim Medvedev Azərbaycan futboluna çoxlu fayda verib. Mən istəməzdim o, futbolçu kimi ayrılsın. Onunla söhbət etdik. Biz bir yerdə çox mövsümlər keçirmişik. Ona uğurlar arzu edirəm”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button