“Bizim heç-heçə etməyə haqqımız yoxdur” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada mübarizədən danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, çempionluq üçün üç oyunun qaldığını bildirib:
“Cəmi üç matç qalıb – bu, doqquz xaldır. O zaman çempion olacağıq. Yeddi, altı və ya üç xal qazansaq, o zaman “Arsenal” çempion olacaq. Bizim heç-heçə etməyə haqqımız yoxdur”.
Hazırda İngiltərə Premyer Liqasının lideri 83 xalı olan “Arsenal”dır. Ehtiyatda bir oyunu qalan “Mançester Siti” “topçular”dan bir xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin