Laporta: “Bizi yeni dövr, Xavi erası gözləyir”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Xavini tərifləyib və klubun yeni dövrə qədəm qoyduğunu bildirib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Laporta klubda yeni eranın başladığını deyib:

“Bizi yeni dövr, Xavi erası gözləyir. Bilirik ki, son mövsüm La Liqanın prioritet olduğu bir mövsüm olub. Lakin indi biz İspaniya çempionatına da, digər mühüm titullara da üstünlük verməliyik. Yeni era başladı və biz onu yaşamaq şərəfinə layiqik. Əminəm ki, bu dövr “Barselona”ın tarixində ən yaxşılardan biri olacaq”.

Ötən mövsüm Xavinin rəhbərlik etdiyi “Barselona” 2018/2019 mövsümündən sonra ilk dəfə La Liqanın qalibi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button