Ten Haq: “Xoşbəxtik”
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının İngiltərə Liqa kubokunun 3-cü turunda “Barnsli” ilə oyunda (7:0) inamlı qələbəsini şərh edib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı azarkeşləri əyləndirdiklərini bildirib:
“Mənim üçün deyil, komanda üçün mükəmməl bir gecədir. Düşünürəm ki, biz planlaşdırdığımız hər şeyi edə bildik: gözəl qollar vurduq və azarkeşləri əyləndirdik. Biz oyun modelimiz üzərində işlədik, buna görə də, xoşbəxtik”.
Markus Reşford, Alexandro Qarnaço və Kristian Eriksen 2 dəfə, Antoni isə 1 dəfə – penaltidən fərqlənib. Ten Haq karyerasının ən böyük qələbəsini qazanıb.
Erik ten Haqın komandası sentyabrın 21-də Premyer Liqanın 5-ci turu çərçivəsində “Kristal Pelas”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin