“Ümid edirəm, seçim etmək məcburiyyətində qalmarıq” – Klopp
Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bavariya” ilə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp, açıqlama verib.
Komanda.az İngiltərə mətbutına istinadən xəbər verir ki, alman mütəxəssis, rəqibi dəyərləndirib:
“Bavariya” Bundesliqada 6 il ardıcıl qalib olduqdan sonra bu ilin onlar üçün çətin olacağı bəlli idi. Buna baxmayaraq, hələ də çempionluq yarışında yer alırlar və Çempionlar Liqasında davam edirlər. Biz insanların gözlədiklərindən artığını etməyi bacardıq, “Bavariya”dan isə indiyə qədər etdiyindən artığını gözləyirdilər. Ancaq hazırda hər iki komanda eyni vəziyyətdədir”.
51 yaşlı mütəxəssis, Premyer Liqanı, yoxsa Çempionlar Liqasını qazanmaq istəməsiylə bağlı suala belə cavab verib:
“Liverpul” azarkeşlərinin hamısı Prmeyer Liqanı qazanmağı üstün tutar. Amma hazırda Çempionlar Liqasında da mübarizə aparırıq. Ümid edirəm, seçim etmək məcburiyyətində qalmarıq”.
Klopp Mersisayd klubunda xoşbəxt olduğunu da deyib:
“Bura gözlədiyimdən daha yaxşıdır, insanlarla birlikdə irəliləyirik. Bu, xoş hekayədir, amma hələ bitməyib”.
“Liverpul” – “Bavariya” oyunu bu gün, saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin