Xavidən etiraf: “Çətin vəziyyətdəyik”
“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “İnter”lə oyununu idarə edən (0:1) hakimləri tənqid edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, ədalətsizliklə üzləşdiklərini deyib:
“Mən qəzəblənirəm, çünki ədalətsizliklə üzləşmişik. Çox vacib məğlubiyyət aldıq. Futbolda hakim mühüm rol oynayır, o, çıxıb qərarını izah etməlidir. Lakin dünən mənə heç nə izah etmək istəmirdilər.
Bu, Çempionlar Liqasıdır, yüksək rəqabət var. Çalışdıq, rəqibdən daha çox şans yaratdıq, amma “İnter” yaxşı müdafiə olundu. Mən bu məğlubiyyətdən narahatam. Biz çətin vəziyyətdəyik”.
Matçın 90-cı və 90+2-ci dəqiqələrində sloveniyalı referi Slavko Viniç “İnter”in müdafiəçisi Denzel Dumfrisin qayda pozuntusunu görməyib.
“İnter” 6 xal toplayıb və turnir cədvəlində “Barselona”nı keçərək, qrupda 2-ci pilləyə yüksəlib.
Bizi Facebook-da izləyin