Qvardiola: “Biz bundan əvvəl də bu yolu keçmişik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə klubunun hazırkı problemlərinin onun peşəkar karyerasının ən çətin problemi olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, daha əvvəl də belə problemlərin olduğunu və öhdəsindən gəldiklərini söyləyib:

“Xeyr. Biz bundan əvvəl də bu yolu keçmişik. Doqquz ildən sonra başladığımız komandamız yoxdur. Bu ən böyük problem deyil, daha böyükləri var idi. Karyerama ilk dəfə başlayanda komandamla mən çoxlu çətinliklərlə üzləşdik və birlikdə onların öhdəsindən gələ biləcəyimizi sübut etdik”.

Qvardiola 2016-cı ildən “Mançester Siti”də çalışır. İspaniyalı mütəxəssis daha əvvəl “Bayern” və “Barselona”da işləyib.

“Şəhərlilər” Premyer Liqanın 26 turundan sonra lider “Liverpul”dan 20 xal geri qalaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button