Dani Alveşin yeni klubu rəsmən bilindi

Bir müddət əvvəl PSJ-dən ayrılan Dani Alveşin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi “San Paulo” klubuna transfer olunub. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni klubu ilə 3 illik müqavilə imzalayan Alveş, 10 nömrəli formanı geyinəcək.

Alveş, 2002-2008-ci illər aralığında “Sevilya”da çıxış edib. Daha sonra “Barselona” və “Yuventus”da forma geyinən braziliyalı müdafiəçinin son klubu PSJ olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button