Adı “Sabah”la hallanan məşqçi polşalıların “radar”ında

Bir müddət əvvəl adı “Sabah”la yanaşı çəkilən ukraynalı mütəxəssis Yuri Vernidub Polşada komanda çalışdıra bilər.

Komanda.az xəbər verir ki, Vernidub Varşavanın “Legiya” klubunda baş məşqçi postuna namizədlərdən biridir. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Xəbərdə, “Legiya” klubunda baş məşqçi postuna Yuri Vernidub, Stanimir Stoilov və Oleq Kononov namizəd göstərilib.

2011-2019-cu illər aralığında “Zarya”nı çalışdıran Vernidubun “Sabah” klubuna baş məşqçi təyin olunacağı gözlənilirdi. Ukraynalı mütəxəssis “Sabah”ın Premyer Liqanın 6-cı turu çərçivəsində “Səbail”lə qarşılaşdığı oyunu (3:0) stadiondan canlı izləmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button