Bir komandaya texniki məğlubiyyət, məşqçiyə 5 oyunluq cəza verildi
İntizam Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda futzal çempionatları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
1-ci Liqanın 17-ci turunda keçirilən PFL – “Bakı” MFK oyununda “Bakı”nın məşqçisi Namiq İbrahimov oyunun 28-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimlər və yarış təşkilatçılarının ünvanına davamlı olaraq təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.
1-ci Liqanın 17-ci turunda keçirilməli olan “Metropoliten” – “Dalğa” oyunu “Metropoliten” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Metropoliten” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin