Bir gecənin qurbanları: Güllə yarası alanlar, bıçaqlananlar, yananlar
İtaliyada “Napoli”nin çempionluq bayramı zamanı yüzlərlə insan yaralanıb.
Komanda.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, skudettonun qazanılmasının bayram edilməsi gecəsində 203 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət edib.
4 nəfər güllə yarası alıb. Bundan əlavə, xəstəxanalara müraciət edənlər arasında bıçaq yaraları, atəşfəşanlıq nəticəsində yanıqlar, müxtəlif yerlərdə sümüklərin sınığı, çiyinlərin yerindən çıxması, atəşfəşanlıq və fişənglərin partlaması nəticəsində gözlərin zədələnməsi, yıxılma nəticəsində qançırlar, kəllə-beyin zədəsi və panik tutmaları olanlar var. Bir nəfər kokainin həddindən artıq qəbulu səbəbindən xəstəxanaya yerləşdirilib.
Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.
Bizi Facebook-da izləyin