Pedri, Pedri, Pedri

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı gənc (U-20) futbolçusunu açıqlayıb.

Komanda.az xəbər verir ki, bu ada “Barselona”nın yarımmüdafiəçisi Pedri layiq görülüb.

19 yaşlı ispan yarımmüdafiəçi 105 xalla bütün rəqiblərini qabaqlayıb.

  1. Pedri (İspaniya – “Barselona”) – 105 xal
  2. Camal Musiala (Almaniya – “Bayern”) – 45
  3. Erik Qarsiya (İspaniya – “Barselona”) – 20
  4. Meyson Qrinvud (İngiltərə – “Mançester Yunayted”) – 15
  5. Eduard Kamavinqa (Fransa – “Real”) – 15.

Pedri bundan əvvəl 2021-ci təqvim ili üzrə ilin ən yaxşı gənc oyunçusuna verilən “qızıl oğlan” (Golden boy) mükafatının və “France Football” nəşrinin versiyasına əsasən ilin ən yaxşı gənc futbolçusu nominasiyasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button