21-ci əsrdə ən çox qol vuran müdafiəçilər bilindi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, siyahıya İspaniya millisinin və “Real”ın kapitanı Serxio Ramos başçılıq edir. 34 yaşlı müdafiəçi karyerası ərzində 126 qol vurub.

İkinci sırada 104 qolla Yaponiya yığmasının sabiq üzvü Markus Tulio Tanaka yer alıb. Üçüncü pillədə isə Əlcəzair yığmasının keçmiş müdafiəçisi Abderahman Haşud yer alıb. Sağ cinah müdafiəçisinin aktivində 88 qol var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button