“Betis”ə gedə bilmədi, depressiyaya düşdü

Son mövsümün nəticələrinə görə La Liqanı tərk edən “Rayo Valyekano”nun cinah futbolçusu Aleks Moreno çətin günlər yaşayır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Betis” futbolçu üçün “Rayo Valyekano”ya 8 milyon avroluq təklif göndərmiş, amma klub prezidenti futbolçunu 12 milyon avrodan aşağı məbləğə satmayacaqlarını bildirib, bu təklifdən imtina etmişdi. “Betis”ə getməyi çox istəyən Morenonun bu transferin alınmamasından sonra depressiya yaşadığı bildirilir. Futbolçunun komandası ilə birlikdə yeni mövsüm üçün hazırlıq matçlarında da iştirak etmədiyi və vəziyyətinin getdikcə pisləşdiyi deyilir.

İspan futbolçu 2014-cü ildən “Rayo Valyekano”nun şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button