“Betis”in futbolçusu məhkəmə qarşısına çıxacaq

“Betis”in yarımmüdafiəçisi Vilyam Karvalyo bir qıza təcavüz etməkdə ittiham olunur.

Komanda.az AS-a istinadən xəbər verir ki, ötən ilin avqust ayında 31 yaşlı futbolçu Madriddə olarkən bir qızı otel otağına dəvət edib. Karvalyo qızı qadağan olunmuş maddələrdən istifadə etməyə inandırıb. Bundan sonra o, qıza qarşı cinsi xarakterli zorakılıq hərəkətləri edib. 

Karvalyo ilə bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadə vermək üçün Sevilya məhkəməsinə gedəcək. Vurğulanır ki, Karvalyo məhkəməyə getməsə, ona qarşı həbs cəzası tətbiq oluna bilər.

Yarımmüdafiəçi 2018-ci ildən “Betis”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 195 matça çıxıb, 10 qol vurub, 15 məhsuldar ötürmə verib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button