Beşqat çempion – Qvardiola!
“Mançester Siti” 2022/23 mövsümü üzrə İngiltərə Premyer Liqasının qalibi olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə, “şəhərlilər”in çalışdırıcısı Pep Qvardiola 5-ci dəfə İngiltərə çempionatını qazanıb.
İspaniyalı mütəxəssis çempionluq sayında Mett Basbi və Tom Uotsona çatıb. Basbi “Mançester Yunayted”lə beş (1951/52; 1955/56; 1956/57; 1964/65; 1966/67), Uotson isə “Sanderlend”lə üç (1891/92; 1892/93; 1894/95) və “Liverpul”la iki dəfə (1900/01; 1905/06) bunu bacarıb.
Yalnız Bob Peysli, Corca Remzi (hər ikisi 6) və Aleks Ferqyuson (13) daha çox İngiltərə çempionu tituluna sahibdirlər.
Xatırladaq ki, “Arsenal” 37-ci turda “Nottingem Forest”ə uduzub (0:1) və bununla da, “Mançester Siti” cari mövsümün çempionu elan edilib.
Bizi Facebook-da izləyin