“Beşiktaş”ın yeni transferi İstanbulda
Türkiyənin “Beşiktaş” klubu növbəti transferini rəsmiləşdirmək üzrədi.
Komanda.az xəbər verir ki, İstanbul klubu ispaniyalı müdafiəçi Viktor Ruisi heyətinə qatmağa hazırlaşır.
Türkiyə mətbuatının məlumatına görə, 30 yaşlı futbolçu artıq İstanbula gəlib. Onu klub rəsmiləri və İstanbul təmsilçisinin azarkeşləri qarşılayıblar. Ruisin qısa zamanda tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.
İspaniyanın aşağı yaşı qrupları üzrə müxtəlif yığmalarında oynamış Viktor Ruis “Espanyol”un yetirməsidi. O, peşəkar karyerasına 2009-cu ildə məhz bu klubda başlayıb. 2011-ci ildə müdafiəçi İtaliyanın “Napoli” klubuna transfer olunub. Amma elə həmin il yenidən ölkəsinə qayıdan futbolçu “Valensiya” ilə müqavilə bağlayıb. Ruis 4 il bu klubun şərəfini qoruduqdan sonra 2014-də “Vilyareal”a üz tutub. Təcrübəli futbolçu geridə qalan mövsümdə bu komandanın heyətində 34 oyun keçirib.
Bizi Facebook-da izləyin