“Beşiktaş”ın sabiq hücumçusu yenidən Avstraliyada
“Beşiktaş”ın sabiq futbolçusu Bobo karyerasını Avstraliyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 35 yaşlı hücumçu “Sidney” klubuna keçib. Bu barədə A Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bobo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Braziliyalı hücumçu 2006-2011-ci illər aralığında “Beşiktaş”da çıxış edib. Bobo, Türkiyə klubu ilə 144 oyuna 58 qol vurub.
Forvard daha əvvəl 2016-2018-ci illərdə “Sindey”də forma geyinib. Hücumçu, 2017/18 mövsümündə Avstraliya A Liqasında 27 qol vuraraq, “qızıl buts” mükafatını qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin