“Beşiktaş”ın qapıçısı zədəyə görə 2 oyunu buraxacaq

Türkiyənin “Beşiktaş” klubunun qapıçısı Mert Günok zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin qolkiperi ötən gün Super Liqanın 9-cu turunda “Konyaspor”a qarşı keçirilən matçda sol çiynindən zədə alıb.

O, oktyabrın 24-də Avropa Liqasının liqa mərhələsinin 3-cü turunda Lion “Olimpik”inə (Fransa) və 4 gün sonra Super Liqada “Qalatasaray”a qarşı matçları buraxmalı olacaq.

Günok cari mövsümdə “Beşiktaş”ın heyətində 12 görüşdə meydana çıxıb və qapısında 13 qol görüb. 5 qarşılaşmada isə “çərçivə”ni toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button