“Beşiktaş”ın “Neftçi” ilə oyun üçün gətirəcəyi “23-lük” açıqlanıb

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Beşiktaş”ın Bakıya gətirəcəyi heyət açıqlanıb.

Komanda.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu gün Azərbaycana yollanacaq “qara qartallar”ın heyətində 23 oyunçu yer alacaq. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü hücumçudur.

Baş məşqçi Şenol Günəş iştirak ərizəsində yer alan Emir Yaşar, Göktuğ Baytekin, Artur Masuaku, Aytuğ Kömeç, Raşid Gezzal, Berkay Vardar, Emirhan Delibaş, Cenk Tosun, Azad Dəmir və Mustafa Həkimoğlunun İstanbulda qalmasına qərar verib.

Avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Beşiktaş” matçı saat 21:00-da başlayacaq.

Qapıçılar: 1. Ersin Destanoğlu, 34. Mert Günok, 97. Utku Yuvakuran;
Müdafiəçilər: 3. Fransisko Montero, 4. Onur Bulut, 6. Omar Kolli, 12. Daniel Emerti, 24. Valentin Rosye, 77. Umut Meraş;
Yarımmüdafiəçilər: 8. Salih Uçan, 17. Kərəm Kesgin, 19. Amir Haciahmetoviç, 20. Necip Uysal, 21. Dəmir Tıknaz, 23. Kartal Yılmaz, 41. Oğuzhan Akgün, 71. Cin Onana, 83. Gedson Fernandeş, 99. Emrecan Bulut;
Hücumçular: 7. Ante Rebiç, 10. Vensan Abubakar, 40. Cekson Muleka, 90. Semih Kılıçsoy.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button