“Beşiktaş”ın müdafiəçisi bir aylıq sıradan çıxdı
Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin mərkəz müdafiəçisi Fransisko Montero sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan futbolçunun Türkiyə kuboku çərçivəsində keçirilmiş “Konyaspor”la görüşdə sol dizindən zədələndiyi bildirilir.
Montero azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. O, Super Liqa çərçivəsində “Gənclərbirliyi”, “Dənizlispor”, “Yeni Malatyaspor” və “Qaziantep”lə görüşlərdə forma geyinə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin