“Beşiktaş”ın koronavirusa yoluxmuş futbolçularından beşi sağaldı
Türkiyənin “Beşiktaş” komandasında koronavirusa yoluxmuş futbolçulardan beşi sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, karantin müddəti başa çatan Oğuzhan Özyakup, Raşid Gezzal, Miraləm Pyaniç, Kayl Larin və Kənan Karaman artıq komanda ilə məşqlərə start verib. Müalicəsi başa çatan Salih Uçan, Mehmet Topal və Can Bozdoğan da məşqləri bərpa edib. Bu oyunçular Super Liqanın 21-ci turu çərçivəsində, yanvarın 14-sə baş tutacaq “Qaziantep”lə ev oyununda iştirak edə biləcəklər.
Hələ də karantində olan Aleks Teyşeyra və Atiba Hatçinsonun durumuna isə oyun günü aydınlıq gələcək. Zədədən əziyyət çəkən Umut Meraş və Kevin Nkudu, həmçinin cəzalı olan Fransisko Montero və Domaqoy Vida “Qaziantep”ə qarşı oynamayacaq.
Bizi Facebook-da izləyin