“Beşiktaş”ın futbolçusunda koronavirus aşkarlandı
“Beşiktaş”ın kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
Komanda.az xəbər verir ki, testlər nəticəsində bir futbolçuda koronavirus aşkarlanıb.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
COVİD-19 testi pozitiv çıxan futbolçunun adı açıqlanmayıb. O, dərhal karantinə alınıb.
Qeyd edək ki, “Beşiktaş” Türkiyə kubokunun 1/16 final mərhələsi çərçivəsində dekabrın 17-də “Tarsus İdmanyurdu” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin