“Beşiktaş”da koronavirusa daha iki yoluxma
Türkiyənin “Beşiktaş” klubunda koronavirusa yeni yoluxma qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə klub kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən ikisinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirusa yoluxanlardan birinin texniki heyətdən, digərinin isə futbolçu olduğu bildirilib.
“Beşiktaş” yanvarın 5-də Qətərin Doha şəhərində Türkiyə superkuboku çərçivəsində “Antalyaspor”la qarşılaşacaq. İstanbul təmsilçisi yanvarın 1-də daha bir oyunçusunun koronavirusa yoluxduğunu açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin