“Beşiktaş”da ilk transfer və yeni məşqçi

“Beşiktaş” “Somaspor”dan (Türkiyə 2-ci liqa təmsilçisi) Emrecan Bulutu transfer edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.

Bu, İstanbul təmsilçisinin yeni mövsüm üçün ilk transferi olub.

Bulut ötən mövsüm meydana çıxdığı 34 matçda 16 qol vurub, 1 qolun ötürməsini verib.

“Beşiktaş” “Alanyaspor”dan icarəyə götürdüyü Tayfur Bingöllə də yollarını ayırdığını açıqlayıb. İcarə müqaviləsinin müddəti bitən 30 yaşlı yarımmüdafiəçi öz klubuna qayıdıb. O, geridə qalan mövsümdə “qara qartallar”ın heyətində keçirdiyi 29 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Beşiktaş”ın məşqçilər korpusunda da yeni təyinat olub. İstanbul klubunun sabiq hücumçusu Burak Yılmaz baş məşqçi Şenol Günəşin köməkçisi təyin edilib. 2006-2007 və 2019-2020 illər aralığında “Beşiktaş”da forma geyinmiş futbolçu ötən gündən yeni işinə başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button