“Beşiktaş”da iki yeni futbolçu

“Beşiktaş” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçi Daniel Amarti və yarımmüdafiəçi Jan Onananı transfer edib.

28 yaşlı Amarti ilə 3, 23 yaşlı Onanayla 4 illik müqavilə imzalanıb. Daniel İngiltərənin “Lester Siti” klubundan azad agent kimi “qara qartallar”ın düşərgəsinə qoşulub. Fransanın “Lans” klubundan transfer edilən Janın keçidi üçün isə “Beşiktaş” 4 milyon 37 min 500 avro ödəyəcək.

Kamerun yığmasının da üzvü olan Onana karyerası ərzində “Leyşoyş”, “Lill”, “Bordo”, “Muskron” klublarında da oynayıb.

Qana yığmasında forma geyinən Amarti isə “Lester Siti”dən öncə “Yurqorden” və “Kopenhagen”də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button