“Beşiktaş”da fransalı baş məşqçi – rəsmi
Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, “qara qartallar” fransalı Valeryen İsmaelə tapşırılıb.
47 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, baş məşqçi postunda Öndər Karavelini əvəzləyib. Karaveli bundan sonra komandanın məşqçilər korpusunda yer alacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin