“Beşiktaş” Rusiya şirkəti ilə müqavilədən imtina edib

“Beşiktaş” FİFA və UEFA-nın mümkün hüquqi maneələri səbəbindən Rusiyanın “Qazprom” şirkəti ilə sponsorluq müqaviləsi imzalamaqdan imtina edib.

Komanda.az “Axşam” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu əvəzində “Emirates”lə anlaşıb və üçillik müqavilə imzalanacağı gözlənilir.

“Beşiktaş” şirkətin adının stadiona verilməsi üçün 27 milyon avro, formada yer almasına görə 5 milyon avro alacaq.

Rusiyanın Ukraynaya təcavüzkar hücumundan sonra FİFA və UEFA bu ölkənin milli komandalarını, həmçinin, klublarını beynəlxalq yarışlardan uzaqlaşdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button