“Beşiktaş” bu 2 futbolçusuna ehtiyac duymadı
“Beşiktaş” Türkiyə Super Liqasında 2022/23 mövsümünün ilk dövrəsi üçün yekun heyətini açıqlayıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin məşqçilər korpusu iki futbolçunun adını iştirak ərizəsinə daxil etməyib.
Belə ki, yarımmüdafiəçi Tayler Boyd və qapıçı Utku Yuvakurana ehtiyac duyulmayıb. Onların ən azı mövsümün ilk dövrəsində forma geyinməyəcəkləri dəqiqdir. Bu iki oyunçunun qış fasiləsindən sonrakı taleyi isə hazırlıq səviyyələrindən asılı olacaq.
Utku Yuvakuran 2016-cı ildən heyətində yer aldığı “Beşiktaş”da əsas heyət üzvünə çevrilməkdə çətinlik çəkir. 24 yaşlı qolkiper daha öncə “Bəylərbəyi” və “Fatih Karagümrük”də icarədə də olub.
Tayler Boyd isə 2019-cu ildən “Beşiktaş”dadır. ABŞ-dan olan yarımmüdafiəçi bu komandanın heyətində 35 oyuna çıxıb, 4 qol vurub. 27 yaşlı vinger “Sivasspor” və “Rizəspor”da icarədə də olub. O, ABŞ yığmasında keçirdiyi 10 oyunda 2 qola imza atıb.
Bizi Facebook-da izləyin