“Beşiktaş” “Borussiya” ilə ÇL matçına ciddi itkilərlə çıxacaq
Türkiyə çempionu “Beşiktaş” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində qarşılaşacağı Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə oyuna ciddi itkilərlə çıxacaq.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Miralem Pyaniçin də bu qarşılaşmanı buraxacağı dəqiqləşib.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 31 yaşlı oyunçuya tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub. Hazırda müalicə olunan futbolçu “Borussiya” ilə oyun üçün açıqlanmış heyətdən çıxarılıb.
Xatırladaq ki, “Beşiktaş”da bir neçə gün öncə Kevin Nkudu da ağır zədə almış və 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı. Bundan əlavə, qapıçı Mert Günok, yarımmüdafiəçi Gökhan Törə, hücumçu Aleks Teyşeyra da zədə səbəbindən komandya kömək edə bilmir.
Dekabrın 7-də baş tutacaq “Borussiya” – “Beşiktaş” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Bizi Facebook-da izləyin