Benzema ÇL-də 4-cü oldu

“Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Ayaks”ı 2:1 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşma Madrid təmsilçisinin ilk qolunun müəllifi olan Kərim Benzema üçün əlamətdar olub. Belə ki, 60-cı dəqiqədə hesabı açan Benzema, Çempionlar Liqasında 60-cı qolunu vurub. Fransız forvard bununla da, ÇL tarixində ən çox qol vuran 4-cü futbolçu olub.

Çempionlar Liqasında ən çox qol vuran futbolçu isə Kriştiano Ronaldodur. “Yuventus”da çıxış edən portuqaliyalı hücumçunun aktivində 121 qol var.

“Real”la “Ayaks” arasındakı cavab matçı martın 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button