Benites “Yuventus”dakı vəziyyətdən danışdı

İspaniyalı mütəxəssis Rafael Benites mövsümə çox yaxşı başlamayan “Yuventus”dakı vəziyyətdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Uzunmüddətli proqramlar üçün hətta aylar kifayət etmir, bəzən tam illərə ehtiyac var. Başa düşürəm ki, klub rəhbərliyi dərhal uğur istəyir. “Yuventus” rəhbərliyi komandanın yanındadır və buna görə, bəlkə də, indi bir az üzülüblər. Amma siz öz layihənizə inanmalısız”.

Turin komandası yeni baş məşqçi Tiaqo Mottanın rəhbərliyi altında 6 çempionat matçında ardıcıl 5 heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button