“Ronaldonun sayı 100 nəfər olan məsləhətçiləri harda idi?” – keçmiş futbolçu

“Arsenal”ın və Danimarka milli komandasının sabiq hücumçusu Niklas Bendtner “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.

Komanda.az “PLBold”-a istinadən xəbər verir ki, keçmiş futbolçu Ronaldonun “The Sun” nəşrinə verdiyi müsahibədən danışıb:

“Biz heyrətamiz bir insandan danışırıq. Hazırkı duruma verdiyi reaksiyaya görə təəssüflənirəm. Mən bunu çox qəribə hesab edirəm. Ronaldo Pirs Morqandan müsahibə götürməyi xahiş edə bilər. Bəs başqa vaxt sayı 100 nəfər olan məsləhətçiləri harada idi?”

37 yaşlı Ronaldo bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button