Premyer Liqanın rekordçusu karyerasını bitirdi
İngiltərə millisinin keçmiş qapıçısı Ben Foster karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı Foster özü verib.
O, futbolçu karyerasını 39 yaşında bitirib. Foster bu yay “Nyukasl”dan aldığı təklifi qəbul etməyib.
Onun son klubu ötən mövsüm Premyer Liqanı tərk edən “Uotford” olub.
Foster karyerası ərzində “Stok Siti”, “Mançester Yunayted”, “Birmingem və “Vest Bromviç”də də çıxış edib. O, Premyer Liqada hamıdan çox – 34 min 959 dəqiqə keçirməklə rekordçudur.
Foster İngiltərə millisində 8 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin