“Dünyanın ən yaxşı “9 nömrə”si olmaq üçün əlimdən gələni edirəm”
“Bavariya”nın polşalı futbolçusu Robert Levandovski gələcək karyerası ilə bağlı açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu, karyerasını Münhen klubunda davam etdirmək istədiyini deyib:
“Klubla müqaviləm 2021-ci ildə başa çatır, amma burda daha uzun müddət qalmağı arzulayıram. Dünyanın ən yaxşı “9 nömrə”si olmaq üçün əlimdən gələni edirəm. Hər dəfə meydana çıxanda, özümü sübut etmək məcburiyyətindəyəm. Qol vuranda və komanda qələbə qazananda, hər şey mükəmməl olur. Belə bir karyera qurduğum üçün xoşbəxtəm”.
Levandovski bu mövsüm iştirak etdiyi 37 oyunda 31 qol vurub, 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin