Bellingem Almaniya klubunun əsas transfer hədəfidir
Dortmund “Borussiya”sı “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin qardaşı, “Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingemi almaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
İngiltərəli futbolçu Almaniya klubunun mərkəz yarımmüdafiəçisi mövqeyini gücləndirmək üçün hədəfləri siyahısında birinci yerdədir. 19 yaşlı oyunçunun qardaşı Çud Bellingem də əvvəllər “Borussiya”da çıxış edib.
Dortmund klubunun həmçinin, “Mançester Siti”dən Ceyms Makati, Petar Suçiç, Martin Baturinanı (hər ikisi Zaqreb “Dinamo”su) və “Srvena Zvezda”dan Andriya Maksimoviçi də nəzərdən keçirdiyi bildirilir.
Bellingem bu mövsüm “Sanderlend”in heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin