“Bellingem inanılmaz oyunçudur” – Keçmiş futbolçu

İspaniya millisinin və “Barselona”nın sabiq hücumçusu David Vilya “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin oyun səviyyəsini dəyərləndirib. İngiltərəli futbolçu hazırda mövsümün əvvəlində aldığı zədəni sağaldır.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş forvard, Bellingemin inanılmaz oyunçu olduğunu düşündüyünü bildirib:

“Bellingemin oyunları öz sözünü deyir. Düşünürəm ki, o, inanılmaz oyunçudur. O, meydanda istənilən mövqedə oynaya bilər və bunu yaxşı bacarır”.

Bellingem “Real”dakı debüt mövsümündə İspaniya çempionatında 19 qol vurmuşdu. 21 yaşlı yarımmüdafiəçinin Dortmund “Borussiya”sından transferi “kral klubu”na 103 milyon avroya başa gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button