Belçikalı futbolçu 28 yaşında vəfat etdi

Belçikanın “Serkl Brügge” klubunun qapıçısı Migel Van Damm vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı qolkiper 28 yaşında, leykoz xəstəliyindən vəfat edib.

“Serkl Brügge” klubunun yetirməsi olan mərhum futbolçuda ilk dəfə 2016-cı ildə leykoz xəstəliyi aşkarlanmışdı. 2020-ci ildə onda üçüncü dəfə eyni xəstəlik görünmüşdü. Migel Van Dammın iki illik müalicəsi nəticə verməyib və bu gün vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button